Haqqımızda
Biz Kimik?
Biz artıq 5 ildən çoxdur ki, fəaliyyət göstəririk və Amerika və Kanadadan vitaminlər və qida əlavələrini Azərbaycana çatdıran ilk şirkətik. Bizim məhsullarımız ölkəyə yalnız orijinal holoqramla daxil olur. Ən vacibi isə, sifariş verdikdə 2-3 həftə gözləmək məcburiyyətində qalmırsınız, cəmi 1 gün ərzində sifarişinizi təhvil veririk! Qiymətlərimiz isə keyfiyyətə görə büdcənizə tam uyğundur. Hər bir məhsulun keyfiyyətinə zəmanət veririk və geniş seçim çeşidi ilə xidmətinizdəyik.
Tez-tez Verilən Suallar
Bizdən sifariş etdiyiniz bütün vitaminlər tamamilə orijinaldır və bu, 5 ildən artıqdır ki, göstərdiyimiz xidmətlə təmin edilir. Vitamin və qida əlavələrini birbaşa istehsalçıdan rəsmi holoqramla alır və sizə çatdırırıq.
Sifarişləriniz, ümumiyyətlə, 1 iş günü ərzində Bakı daxilində təhvil verilir. Bölgələrə çatdırılma isə məsafədən asılı olaraq 2-3 gün ərzində həyata keçirilir.
Bəli, biz çatdırılma xidməti göstəririk. Ölkədaxili istənilən istiqamətlərə çatdırılma pulsuzdur.
Bəli, hər bir məhsulun keyfiyyətinə zəmanət veririk. Məhsullarımız istehsalçıların müəyyən etdiyi standartlara tam uyğundur.
Bəli, müştəri xidmətimiz sizin suallarınızı cavablandırmağa və doğru məhsul seçiminə kömək etməyə hər zaman hazırdır.